Şəkidə 10 il əvvəl baş vermiş ağır cinayət hadisəsinin üstü açılıb

Şəkidə 10 il əvvəl baş vermiş ağır cinayət hadisəsinin üstü açılıb
# 12 noyabr 2007 11:50 (UTC +04:00)
Bir neçə il itkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılan əməliyyat tədbirləri heç bir nəticə verməyib. Nəhayət, iki gün əvvəl Z. Abbasova və onun 7 yaşlı qızının öldürüldüyü məlum olub. Aparılan istintaq zamanı müəyyənləşdirilib ki, Z. Abbasova yaşadığı kənddə yerləşən donuzçuluq fermasında qulluqçu işləyirmiş. 1997-ci ilin mart ayında adı çəkilən fermanın kollektivi həmkarlarından birinin doğum gününü qeyd edib. Məclis dağıldıqdan sonra Z. Abbasova ilə yaxın münasibətdə olan 1966-cı il təvəllüdlü Ayaz İbadət oğlu Mürsəlov şəxsi mübahisə zəminində Z. Abbasovanı küt alətlə öldürərək ot quyusuna atıb. Daha sonra A. Mürsəlov anasının öldüyünü görərək ağlamağa başlayan 7 yaşlı Ülviyyəni də küt alətlə başından vuraraq ot quyusuna salıb və quyunun üstünü örtüb. A.Mürsəlovun artıq saxlanıldığını vurğulayan N. Məmmədov onun istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etdiyini bildirib. Cinayətkar həmçinin istintaqa verdiyi ifadəsində cinayət əməlini sərxoş vəziyyətdə törətdiyini qeyd edib. Faktla bağlı CM-nin 120.2.10 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR