Gürcüstan vətəndaşından narkotik maddə və soyuq silah götürülüb

Gürcüstan vətəndaşından narkotik maddə və soyuq silah götürülüb
# 16 noyabr 2007 13:54 (UTC +04:00)
Bakıda saxlanılan Gürcüstan vətəndaşının üzərindən narkotik maddə və soyuq silah tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov RPİ-nin 16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Koba Tşanikvadzedən 0,198 qram heroin, 1 ədəd bıçaq və müxtəlif qapı açarları götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR