Sabunçuda qonaq qonağı bıçaqlayıb

Sabunçuda qonaq qonağı bıçaqlayıb
# 20 noyabr 2007 13:33 (UTC +04:00)
Paytaxtda bıçaqlanma hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 20-də saat 04:20 radələrində Sabunçu qəsəbəsi, B. Məcidov küçəsi, ev 10-da yaşayan Eldar Cəfərovun evində qonaqları arasında mübahisə düşüb. Nəticədə Bakı şəhər sakini Elxan Əsgərov münaqişə zəminində Bəhruz Bağırova bıçaqla xəsarət yetirib. Sabunçu RPİ-nin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Əsgərov tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR