Azərbaycan paytaxtında daş hasarın uçması nəticəsində üç nəfər ölüb - YENİLƏNİB-3

Azərbaycan paytaxtında daş hasarın uçması nəticəsində üç nəfər ölüb - <font color=#FF0000>YENİLƏNİB-3</font>
# 26 noyabr 2007 12:22 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, idarənin üç fəhləsi daş hasarın altından keçən kabeli təmir edərkən, hasarın uçması nəticəsində həlak olub. İşçilərdən 1939-cu il təvəllüdlü İsa Hacıyev xəstəxanaya aparılarkən yolda keçinib, 1984-cü il təvəllüdlü Elnur Mustafayev və 1976-cı il təvəllüdlü Elmar Nəsibov isə yerləşdirildikləri 5 saylı Klinik Xəstəxanada ölüblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri gəlib.
Nərimanov rayon prokurorunun müavini Cavid Quliyevin APA-ya verdiyi məlumata görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. İşin istintaqını aparan Nərimanov rayon Prokurorluğunun müstəntiqi Elton Səlimov bildirib ki, hadisə yerini müayinəsi zamanı uçan hasarının daşları təmir işləri aparan fəhlələrin üstünə düşməsi və onların aldıqları xəsarət nəticəsində vəfat etməsi məlum olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR