Əli Bayramlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb

Əli Bayramlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb
# 27 noyabr 2007 07:52 (UTC +04:00)
Əli Bayramlıda baş verən avtomobil qəzasında bir nəfər ölüb. Əli Bayramlı Şəhər Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Yaqub Məmmədovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gecə saat 21:00 radələrində Əli Bayramlı sakini, 1978-cı il təvəllüdlü Emin Ağazər oğlu Şükürov “VAZ-21099” markalı 10 MO 995 dövlət nömrə nişanlı avtomaşını Rəsulzadə prospektində böyük sürətlə idarə edərkən ağaca çırpıb. Nəticədə E. Şükürov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Arif Rafiq oğlu Qədimov yaralı vəziyyətdə şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR