İranın Azərbaycandakı səfirliyinə məxsus avtomobil yol qəzasına düşüb

İranın Azərbaycandakı səfirliyinə məxsus avtomobil yol qəzasına düşüb
# 27 noyabr 2007 10:11 (UTC +04:00)
Bakının Nərimanov rayonu ərazisində İranın Azərbaycandakı səfirliyinə məxsus avtomobil yol qəzasına düşüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, səfirliyə məxsus D 00 330 dövlət nömrə nişanlı “Peugeot” markalı avtomobil, 10 LH 006 dövlət nömrə nişanlı “Mercedes 200” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR