Yol qəzalarında iki nəfər ölüb

Yol qəzalarında iki nəfər ölüb
# 27 noyabr 2007 13:21 (UTC +04:00)
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhər sakini Fail Əliyev idarə etdiyi “Kraysler” markalı avtomaşınla Goranboy rayon sakini Fərhad Nəsirovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F. Nəsirov orada vəfat edib.
Əli Bayramlı şəhərindəki M.Ə.Rəsulzadə prospektində şəhər sakini Emin Şükürov idarə etdiyi “VAZ-21099” markalı avtomaşını ağaca vurub. Nəticədə E. Şükürov hadisə yerində ölüb, xəsarət almış sərnişini, həmyerlisi Arif Qədimov isə xəstəxanaya yerləşdirilib. Əli Bayramlı ŞPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR