Hacıqabul sakini intihar edib

Hacıqabul sakini intihar edib
# 28 noyabr 2007 14:40 (UTC +04:00)
Hacıqabul sakini özünü asaraq intihar edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib. Belə ki, bu gecə saat 02:20 radələrində Hacıqabul rayonunun Nəvahi kənd sakini əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Fikrət Abidin oğlu Heydərov özünü asaraq intihar edib. Hacıqabul rayon prokurorluğundan intiharın motivləri barədə açıqlama verilməyib. Faktla bağlı prokurorluqda araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR