Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 29 noyabr 2007 12:03 (UTC +04:00)
Zaqatalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə Xaldan-Balakən magistral yolunun 121-ci kilometrliyində, Zaqatalanın Tala kəndi ərazisində baş verib. Zaqatala şəhər sakini Nəriman Osmanovun idarə etdiyi “Toyota” markalı 10 ZP 221 dövlət nömrə nişanlı avtomobil Zaqatala istiqamətində yüksək sürətlə hərəkət edərkən istiqamətini itirərək yol kənarındakı qoz ağacına çırpınıb. Qəza nəticəsində maşında olan sərnişin Abdulla Ələsgərli hadisə yerində keçinib. Maşının sürücüsü N. Osmanov isə bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR