Goranboyda 1507 partlamamış hərbi sursat zərərsizləşdirilib

Goranboyda 1507 partlamamış hərbi sursat zərərsizləşdirilib
# 29 noyabr 2007 13:56 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) çevik əməliyyat qrupu Goranboyun Qara Süleymanlı kəndi yaxınlığında, Goran çayının yatağında tapılmış külli miqdarda döyüş sursatının təmizlənməsi əməliyyatını başa çatdırıb. ANAMA-dan APA-ya verilən məlumata görə, döyüş sursatları uzun müddət torpaqda qaldığı üçün korroziyaya uğrayıb. Mütəxəssislər 1507 partlamamış hərbi sursatı zərərsizləşdiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR