Masallı və Ağcabədidə yanğın baş verib

Masallı və Ağcabədidə yanğın baş verib
# 01 dekabr 2007 11:16 (UTC +04:00)
Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Bədalan kənd sakini Namiq Hüseynova məxsus 8 otaqlı evdə yanğın baş verib. Nəticədə 3 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Ağcabədi rayonunda Rəsul Qurbanova məxsus 5 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Hər iki faktla bağlı araşdırmalar aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR