Yol qəzalarında 2 piyada ölüb

Yol qəzalarında 2 piyada ölüb
# 01 dekabr 2007 11:38 (UTC +04:00)
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun H. Əliyev prospektində Bakı şəhər sakini İxtiyar Məmmədov idarə etdiyi “Volksvagen” markalı avtomaşınla 40-45 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Quba rayonunun Qonaqkənd kəndində Çingiz Aslanov idarə etdiyi “Shevrolet-Niva” markalı avtomaşınla həmyerlisi Cavad Məmmədovu vurmuşdur. Nəticədə xəsarət almış C.Məmmədov xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR