Gəncə ərazisində silah-sursat tapılıb

Gəncə ərazisində silah-sursat tapılıb
# 05 dekabr 2007 10:50 (UTC +04:00)
Gəncə şəhəri ərazisində silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz RPŞ-nin əməkdaşları rayon ərazisindən 1 ədəd qumbara, 1 ədəd “RQD-18” markalı qumbaraatan, 3 ədəd 100 qramlıq trotil şaşka, 1 ədəd trotil şaşkanı məsafədən partlatmaq üçün qurğu, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd nömrəsiz ov tüfəngi, 1 ədəd nömrəsiz, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 1 ədəd süngü-bıçağı, 1005 ədəd müxtəlif çaplı patron, 5 ədəd avtomat darağı və digər hərbi sursatlar aşkar edərək götürüblər.
Gəncə şəhər sakini Rövşən Həsənov isə tapdığı 1 ədəd “Makarov” tapançasını, 1 ədəd qaz tapançasını, 1 ədəd qumbaranı, 39 ədəd tapança patronunu, 1 ədəd patron darağını və 1 ədəd süngü-bıçağını könüllü olaraq Gəncə ŞPİ-yə təhvil verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR