Üç oğurluq faktının üstü açılıb

Üç oğurluq faktının üstü açılıb
# 06 dekabr 2007 11:23 (UTC +04:00)
Oğurluqla məşğul olan bir neçə şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xanlar RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ş. Abbasovun evindən oğurluq etmiş rayon sakinləri Əmirxan Zərgərov, Zakir Hüseynov və Vüqar Hüseynov həbs edilib.
Gəncə şəhər sakini Bayram Cəfərovun evindən 1 ədəd mobil telefon və qızıl əşyaları oğurlanıb. Kəpəz RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbov tərəfindən törədilməsi müəyyən edilib.
Cari ilin may ayından dekabrın 5-dək olan müddət ərzində Buzovna qəsəbə sakini Ruqiyyə Qədimovanın evindən qızıl əşyaları oğurlanıb. Əzizbəyov RPİ-nin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Kürdəmir rayon sakini Zümrüd Osmanova tərəfindən törədilməsi müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR