Azərbaycanlı zəvvarlar Məkkədə mərhum prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı ehsan veriblər

Azərbaycanlı zəvvarlar Məkkədə mərhum prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı ehsan veriblər
# 12 dekabr 2007 14:30 (UTC +04:00)
Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedən zəvvarlar bu gün Məkkədə mərhum prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı ehsan veriblər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ehsan süfrəsinə müxtəlif ölkələrdən olan zəvvarlar dəvət olunub. Ehsan süfrəsinə toplaşanlar H. Əliyevin ruhuna dualar oxuyublar. Mərasimdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev iştirak edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR