Azərbaycanın Şəki rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Azərbaycanın Şəki rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib
# 14 dekabr 2007 10:09 (UTC +04:00)
Şəki rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Kiçik Dəhnə kəndində olub. Kənd sakini, 1981-ci il təvəllüdlü Nail Tahirovun idarə etdiyi odun yüklü motosiklet aşıb. Nəticədə N. Tahirov aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR