Paytaxtda avtomobillərdən maqnitofon oğurlayan şəxs tutulub

Paytaxtda avtomobillərdən maqnitofon oğurlayan şəxs tutulub
# 26 dekabr 2007 11:40 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində avtomobillərdən maqnitofon oğurlamaqla məşğul olan şəxs tutulub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1982-ci il təvəllüdlü Ordubad rayon sakini Mirsəfa Miretimad oğlu Mirbabalı maşınların şüşələrini sındıraraq maqnitofonlarını oğurlayıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR