Nəsimi rayonundakı yaşayış binasında yanğın baş verib

Nəsimi rayonundakı yaşayış binasında yanğın baş verib
# 08 yanvar 2008 11:08 (UTC +04:00)
Bu gün Nəsimi rayonu ərazisində, “Portofino” restoranının yaxınlığındakı yaşayış binasında yanğın baş verib. Nəsimi rayon Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın saat 10.00 radələrində Bülbül prospektindəki 4 mərtəbəli binanın 3-cü mərtəbəsində olub. Hadisənin köhnə qaz sobasında yaranmış nasazlıqdan baş verdiyi bildirilir. Yanğının qarşısı Nəsimi rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR