Ukrayna 3 Azərbaycan vətəndaşının öz ərazisinə daxil olmasına icazə verməyib
09 yanvar 2008 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, sərhədçilər öz qərarını həmin şəxslərin Ukraynaya bu ölkədən Avropa İttifaqına qanunsuz miqrasiya etmək üçün gəlməsi ehtimalı ilə əsaslandırıblar. Ukraynaya buraxılmayan şəxslərdən 7-si Tacikistan, 4-ü Özbəkistan, 3-ü Azərbaycan, biri isə Ermənistan vətəndaşıdır. Onlardan heç biri sərhəd-buraxılış məntəqəsində keçirilən müsahibə zamanı Ukraynaya nə üçün səfər etdiklərini açıqlaya bilməyiblər. Bu şəxslərin hamısı sənədlərində müvafiq qeydlər edildikdən sonra yenidən Belarus ərazisinə qaytarılıblar. Qeyd edək ki, Ukrayna ilə Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejimi haqqında saziş mövcuddur, bu səbəbdən ölkə Avropa İttifaqına qeyri-leqal miqrant axınının mərkəzinə çevrilib. Sazişə əsasən, miqrantların Avropa İttifaqına Ukrayna ərazisindən daxil olması müəyyənləşsə, o zaman həmin şəxslər bu ölkəyə qaytarılacaqlar. /APA/
Hadisə
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
17:35
18 sentyabr 2024
Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb
17:11
18 sentyabr 2024
Gəncədə sərnişin avtobusu minik maşını ilə toqquşub - FOTO
15:48
18 sentyabr 2024
Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
15:01
18 sentyabr 2024