Strasburqda 18 yaşlı azərbaycanlı Orxan Ağayevi qətlə yetirməkdə şübhəli bilinən fransız saxlanılıb - YENİLƏNİB

Strasburqda 18 yaşlı azərbaycanlı Orxan Ağayevi qətlə yetirməkdə şübhəli bilinən fransız saxlanılıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 09 yanvar 2008 15:33 (UTC +04:00)
Məlumata görə, saxlanan şəxs Strasburq şəhərinin Elzas rayonunun sakini, 30-35 yaşlarında fransızdır. Onun neonasist cərəyanın üzvü olduğu güman edilir. Bu fakt isə orada yaşayan azərbaycanlılarda, eləcə də digər millətlərin nümayəndələrində şok effekti yaradıb. Belə ki, onlar bu hadisəni törədənin immiqrant ola biləcəyini daha çox ehtimal ediblər. Xatırladaq ki, polis də ilkin olaraq O. Ağayevi qətlə yetirənlərin Balkan ölkələrinin vətəndaşları və ya ərəblər olması barədə versiya üzərində işləyirdi. Polisin mərhumun meyitini ailəsinə sabah verəcəyi gözlənilir. Meyit hazırda morqdadır. O. Ağayevin ailəsindən bildirilib ki, meyit morqdan götürüldükdən sonra Bakıya gətirilərək dəfn olunacaq.
Qeyd edək ki, hadisə yanvarın 7-də Fransa vaxtı ilə saat 17.30-da Strasburqun Hospital küçəsində baş verib. 1990-cı il təvəllüdlü O. Ağayev tramvayda düşən mübahisə zəminində naməlum şəxslər tərəfindən boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Yerli polisdən faktla bağlı araşdırma aparıldığı, tramvayın videokamerasının çəkdiyi görüntülərin araşdırıldığı deyilib. Mübahisənin mobil telefon üstündə düşdüyü ehtimal olunur.
O. Ağayevin atası Əliheydər Ağayev Strasburqda fəaliyyət göstərən “Bakı gecələri” restoranının sahibidir. Atası və digər ailə üzvləri ilə birlikdə Strasburqda yaşayan O. Ağayevin yanvarın 6-da 18 yaşı tamam olub. Qətl hadisəsi “Bakı gecələri” restoranının 50 metrliyində baş verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR