Suraxanı rayonu ərazisində qəza törədən yük maşını qaz borusunu zədələyib

Suraxanı rayonu ərazisində qəza törədən yük maşını qaz borusunu zədələyib
# 16 yanvar 2008 14:32 (UTC +04:00)
Bakının Suraxanı rayonu ərazisində yol çəkilişində işləyən yük maşını qəza törədib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Zığ dairəsi yaxınlığında avtomobil yolunun çəkilişində işləyən “Akkord” şirkətinə məxsus yük maşını gətirdiyi yükü boşaldarkən qaz borusuna ilişib. Nəticədə qaz borusu zədələnib. Boruda yaranmış nasazlıq aradan artıq qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR