Azərbaycanın Bərdə rayonunda narkotik istifadəçiləri ilə bağlı reyd keçirilib

Azərbaycanın Bərdə rayonunda narkotik istifadəçiləri ilə bağlı reyd keçirilib
# 27 yanvar 2008 18:11 (UTC +04:00)
Azərbaycanın Bərdə rayonunun narkotik maddələrin qanunsuz istifadəsi, saxlanması və alveri ilə məşğul olan iki qardaş polis tərəfindən yaxalanıb . Polislər 1964-cü il təvəllüdlü Əhliman Süleyman oğlu Rəhimov qardaşı Telman Rəhimovla birgə onlara məxsus VAZ 2107 markalı maşından şpris və hazır heroin dolu ampula aşkarlayıblar. Qardaşların evinə baxış keçirərək, evdən də narkotik maddələr götürülüb. Bərdə rayon Polis Şöbəsinin rəisi Ağalar Məhərrəmov APA-ya bildirib ki, Süleymanov qardaşları yerli narkomanlar arasında “doktor” ləqəbilə tanınıb. Belə ki, narkomanlar onların evində maşınında həmişə hazır olan narkotikdən mütəmadi istifadə ediblər. Rəis onu da deyib ki, tutulanların siyahısının artacağı istisna deyil. Araşdırma davam edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR