Azərbaycanın Sumqayıt şəhərindəki “Etilen-Polietilen” Zavodunda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb

Azərbaycanın Sumqayıt şəhərindəki “Etilen-Polietilen” Zavodunda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb
# 29 yanvar 2008 10:45 (UTC +04:00)
Yanvarın 28-də Sumqayıtda yerləşən “Etilen-Polietilen” Zavodundakı yardımçı təsərrüfatda qaynaq işləri aparılarkən propan balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində dağıntı olmayıb, yardımçı təsərrüfatın fəhlələrindən Habil Məşədiyev aldığı xəsarətdən hadisə keçinib, İlham Osmanov isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR