Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış döyüş təyyarəsinin pilotlarının cəsədlərinin və qara qutusunun axtarışı nəticə verməyib

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış döyüş təyyarəsinin pilotlarının cəsədlərinin və qara qutusunun axtarışı nəticə verməyib
# 01 fevral 2008 07:56 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı mayor İlqar Verdiyev məlumat verib. İ. Verdiyev hava şəraitinin pisləşməsi ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, axtarışın davam etdirildiyini bildirib.
Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış təyyarənin hər iki pilotu - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR