Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında yanğın baş verib

Bakı Şəhər İcra Hakimiyyətinin binası yaxınlığında yanğın baş verib
# 04 fevral 2008 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, BŞİH-in binası ilə İçərişəhərin qala divarları arasında yığılmış zibil tulantılarından başlanmış yanğın BŞİH-i təchiz edən elektrik xəttini sıradan çıxarıb. BŞİH-in binasının yanmasının qarşısını almaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayel rayon Dövlət Yanğınsöndürmə İdarəsinin əməkdaşları gəlib. Eyni zamanda İçərişəhərə elektrik enerjisinin verilməsi dayandırılıb.
Yanğınsöndürənlər yarım saat ərzində yanğını söndürməyə nail olublar. Səbayel rayon Dövlət Yanğınsöndürmə İdarəsinin rəisi Camal Hacıyev hadisənin araşdırılacağını deyib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR