Azərbaycanın Zaqatala rayonunda kəndə hücum edən canavarlar 35 heyvanı parçalayıb

Azərbaycanın Zaqatala rayonunda kəndə hücum edən canavarlar 35 heyvanı parçalayıb
# 08 fevral 2008 13:31 (UTC +04:00)
Kənd sakini Mahir Atayevin həyətindəki tövləyə hücum edən canavarlar onun şəxsi təsərrüfatında olan 35 baş xırdabuynuzlu heyvanı məhv edib. Hadisədən dərhal sonra rayon Baytarlıq İdarəsinə məlumat verilib. Canavarların parçaladığı heyvanlar baytar həkimlərin nəzarəti ilə xüsusi şəraitdə basdırılıb. Ev sahibinin sözlərinə görə, kəndin yaxınlığındakı meşədə məskunlaşan canavarları kənd ərazisində tez-tez görünürlər. Ov silahlarının olmaması canavarların məhv edilməsində kənd sakinləri üçün problem yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR