Azərbaycan paytaxtında “KamAZ” markalı maşınların texniki təmir mərkəzində partlayış baş verib

Azərbaycan paytaxtında “KamAZ” markalı maşınların texniki təmir mərkəzində partlayış baş verib
# 11 fevral 2008 11:37 (UTC +04:00)
Bakı.Gülşən Hacıyeva-APA. Bu gecə Binəqədi rayonunun Biləcəri qəsəbəsində “KamAZ” markalı avtomaşınların texniki təmir mərkəzindəki dispetçer otağında təbii qazın sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində Zərdab rayon sakinləri Əli Qocayev, Qabil İbrahimov, Əlimərdan Qasımov və Saatlı rayon sakini Məhəmməd Teymurov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Ə. Qasımov və M. Teymurov ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar, digərlərinin vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR