Azərbaycanın Tərtər rayonunda şiddətli yağış nəticəsində məcburi köçkünün evi uçub - YENİLƏNİB

Azərbaycanın Tərtər rayonunda şiddətli yağış nəticəsində məcburi köçkünün evi uçub - <font color=#FF0000>YENİLƏNİB</font>
# 12 fevral 2008 10:31 (UTC +04:00)
Xoşbəxtlikdən xəsarət alan olmasa da, evdəki bütün əşyalar uçqun altında qalaraq yararsız hala düşüb. Evin uçmasına son günlər Tərtərdə aramsız yağan yağış və sulu qar səbəb olub. M. Mustafayev Ağdam rayonundan məcburi köçkündür. Rayon fövqəladə hallar komissiyasının üzvləri hadisə yerinə baxış keçirərək, ev sahibinə yardım göstəriblər. M. Mustafayevə 20 ədəd şifer, 10 kisə sement, taxta, daş və digər tikinti materialları verilib. Tərtər rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev APA-nın Qarabağ bürosuna bildirib ki, hadisə nəticəsində zərərçəkən ailəyə yardım göstəriləcək. Onun sözlərinə görə, bu il Ağdam ərazisində mamır kəndində məskunlaşmış bütün məcburi köçkünlər üçün yaşayış evlərinin inşasına başlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR