Gəncə şəhər icra hakimiyyətinin inzibati binasında yanğın baş verib

Gəncə şəhər icra hakimiyyətinin inzibati binasında yanğın baş verib
# 13 fevral 2008 14:27 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının 4-cü mərtəbəsində yanğın baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yanğın binanın 4 və 5-ci mərtəbələri arasındakı elektrik kabelinin yerləşdiyi tunelində başlayıb. Nəticədə təxminən 1 kvadratmetr sahə yanaraq sıradan çıxıb. Dərhal sonra hadisə yerinə gələn iki yanğınsöndürmə briqadası yanğını vaxtında söndürərək alovun başqa otaqlara keçməsinin qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Nizami rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi mayor Teymur Haqverdiyev bildirib ki, yanğın binadakı elektrik naqillərinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR