Azərbaycanın müxalifət partiyalarından birinin rəhbəri Moskvada xəstəxanaya yerləşdirilib

Azərbaycanın müxalifət partiyalarından birinin rəhbəri Moskvada xəstəxanaya yerləşdirilib
# 16 fevral 2008 10:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Moskva xəstəxanalarından birində müalicə olunur. ASDP-nin büro üzvü Tofiq Əhmədli APA-ya bildirib ki, A. Əlizadə revmatizm xəstəliyindən əziyyət çəkir və artıq 20 gündür, müalicə üçün Moskvaya gedib. T. Əhmədli deyib ki, müalicə prosesi yaxşı gedir: “Həkimlər müalicənin hələ bir müddət davam edəcəyini bildiriblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR