Xantı-Mansiyskdə azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanın iki üzvü həbs olunub

Xantı-Mansiyskdə azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanın iki üzvü həbs olunub
# 16 fevral 2008 11:28 (UTC +04:00)
APA-nın məlumatına görə, “Yuqra” mehmanxanası yaxınlığında xüsusi təyinatlı birləşmələrin də cəlb olunduğu əməliyyat zamanı 1974 və 1980-ci il təvəllüdlü iki azərbaycanlı həbs olunub. Axtarış zamanı onların üzərindən “RQD-5” əl qumbarası və 400 qram trotil götürülüb. Cinayətkar qruplaşmanın bölgədə bizneslə məşğul olan azərbaycanlıları hədələyərək onlardan pul almaq, dələduzluq və reket fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib. Onlar əl qumbarası və trotildən azərbaycanlı iş adamları ilə aparılan “danışıqların” nəticəsini öz xeyirlərinə başa çatdırmaq üçün istifadə edirmiş. Faktla bağlı cinayət işi başlanıb. Saxlanan şəxslərin evindən ərəb dilində dini-ekstremist ədəbiyyat və videomateriallar götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR