Gəncədə avtomobil hissələrini oğurlamaqla məşğul olan cinayətkar dəstənin üzvləri həbs olunub

Gəncədə avtomobil hissələrini oğurlamaqla məşğul olan cinayətkar dəstənin üzvləri həbs olunub
# 16 fevral 2008 11:50 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Fevralın 14-nə keçən gecə Gəncə şəhər sakinləri Şahin Hüseynova məxsus "Niva" markalı avtomaşından 1 ədəd maqnitofon, Fəxrəddin Rəhimova məxsus "VAZ-2106" markalı avtomaşından 1 ədəd akkumlyator, Xalıq Zöhrabova məxsus "QAZ-31029" markalı avtomaşından 1 ədəd təkər, Yalçın Abdullayevə məxsus "QAZ-3110" markalı avtomaşından 1 ədəd təkər, Sahib Qəhrəmanova məxsus "VAZ-2107" markalı avtomaşından 1 ədəd təkər, Heydər Hacıyevə məxsus "M-412" markalı avtomaşından 1 ədəd maqnitofon və Fuad Əliyevə məxsus "QAZ-31029" markalı avtomaşından 1 ədəd maqnitofon və 1 ədəd təkər oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törədən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunan Osman Həsənov, Seymur Nəbiyev və Nizami Qəhrəmanov tutulublar. DİN Baş Dövlət Yol Polisi İdarəsi, Şəki şəhər rayon Polis Şöbəsinin və Zaqatala rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə fevralın 15-də Şəki rayonu ərazisindən Bakı şəhər sakini Qafur Tahirova məxsus "Mercedes" markalı avtomaşını qaçıran Balakən rayon sakini İntiqam İsmayılov da həbs olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR