Lənkərandakı internet-klublara polisin nəzarəti gücləndirilib

Lənkərandakı internet-klublara polisin nəzarəti gücləndirilib
# 17 fevral 2008 09:13 (UTC +04:00)
Lənkəran. Ağaddin Babayev-APA. Hazırda Lənkəranda 5 internet-klub fəaliyyət göstərir. Rayon Telekommunikasiya Qovşağından APA-nın Cənub bürosuna verilən məlumata görə, onların xidmətindən əhalinin yaşlı təbəqəsi ilə yanaşı, azyaşlı uşaqlar da yararlanırlar. Amma yeniyetmələrin pornosaytlara maraq göstərməsi istisna deyil. Məhz buna görə də son vaxtlar Lənkərandakı internet-klublara polisin nəzarəti gücləndirilib. Şəhər Polis Şöbəsindən bildirilib ki, mütəmadi reydlər keçirməklə, uşaqların davranışı diqqətdə saxlanılır və onların əxlaqsız saytlara daxil olmasının qarşısı alınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR