Yevlaxda xeyli silah-sursat tapılıb

Yevlaxda xeyli silah-sursat tapılıb
# 18 fevral 2008 10:18 (UTC +04:00)
Gəncə. Gülşən Hacıyeva-APA. Yevlax rayonu ərazisində xeyli silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən 3 ədəd “TOZ-8”, 1 ədəd ov tüfəngi, 1 ədəd “Naqan” tipli tapança, 1 ədəd nömrəsi silinmiş fişəngatan tapança, 1 ədəd siqnal raketi, 4 ədəd qumbara, 3 ədəd trotil şaşkası, 900 ədəd avtomat patronu və 7 ədəd patron darağı aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR