Qazaxın Fərəhli kəndi canavarların hücumuna məruz qalıb

Qazaxın Fərəhli kəndi canavarların hücumuna məruz qalıb
# 20 fevral 2008 11:06 (UTC +04:00)
Qazax rayonunun Fərəhli kəndi canavarların hücumuna məruz qalıb. APA-nın Qərb bürosunun məlumatına görə, canavarlar şəxsi təsərrüfatlarda olan 15-dək xırda buynuzlu heyvanı parçalayıblar. Kənd sakinləri heyvanların kəndə hücum etməsini havaların qarlı və sərt keçməsi ilə əlaqələndirir. Onlar çaqqalların da kəndə soxularaq ev quşlarını parçaladığını bildiriblər. Fərəhli kənd sakinləri canavar və çaqqalların ev heyvanlarına epidemik xəstəlik yoluxduracağından narahatdır. Qazax rayon İcra Hakimiyyəti və Fərəhli kənd icra nümayəndəliyindən APA-nın Qərb bürosuna verilən məlumata görə, vəhşi heyvanların kəndə girməsinin qarşısını almaq üçün tədbirlər görülür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR