Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşı həlak olub

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşı həlak olub
# 20 fevral 2008 12:11 (UTC +04:00)
Tokat. Laçın Sultanova-APA. Türkiyənin Tokat şəhərinin Erbaa qəsəbəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir azərbaycanlı həlak olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, İstanbul-İqdır reysini həyata keçirən avtobusun qəzaya uğramasına səbəb yolların buz bağlaması olub. Qəza nəticəsində 4 nəfər ölüb, 37 nəfər yaralanıb. Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, qəzada həlak olanlar arasında Əbülfət Ələkbərov adlı bir soydaşımız da var. 45 yaşlı soydaşımızın Türkiyəyə şəxsi işi ilə əlaqədar getdiyi müəyyənləşib. Artıq mərhumun cənazəsi dəfn olunmaq üçün Naxçıvana göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR