Ötən il Rusiya ordusunda 1500-dən artıq intihar faktı qeydə alınıb

Ötən il Rusiya ordusunda 1500-dən artıq intihar faktı qeydə alınıb
# 21 fevral 2008 10:13 (UTC +04:00)
“Analıq hüququ” Fondu 23 fevral Silahlı Qüvvələr günü ərəfəsində Rusiya ordusunun şəxsi heyətinin durumuna dair statistik rəqəmləri açıqlayıb. APA-nın məlumatına görə, ötən il Rusiya ordusunda 3 mindən artıq ölüm faktı qeydə alınıb. Hüquq müdafiəçiləri təxminən 1500 əsgər və zabitin intihar etdiyini, hər beş əsgərdən birinin isə təhlükəli xəstəlikdən dünyasını dəyişdiyini bildiriblər. Ötən il təxminən 1000 nəfərə yaxın rus əsgəri öldürülüb, işgəncə verilərək qətlə yetirilib və ya itkin düşüblər. Bundan başqa, ötən il Rusiya ordusunun əsgəri Aleksey Podkoldinin altı dəfə intihara cəhd göstərdiyi açıqlanıb. “Analıq hüquq” Fondunun hesabatına görə, ötən il Rusiya ordusunda ölüm hallarının 20 faizi təhlükəli xəstəliyə yoluxma səbəbindən baş verib. Orduda əsgərlərin əsasən ürək çatışmazlığı, pnevmoniya, vərəm, daxili qanaxmadan və uğursuz cərrahiyyə əməliyyatı nəticəsində öldüyü bildirilir. Ölən əsgərlərin 9 faizi yol qəzasında, 6 faizi döyülərək dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR