Zaqatala polisi qarətlə məşğul olan rayon sakinini həbs edib

Zaqatala polisi qarətlə məşğul olan rayon sakinini həbs edib
# 23 fevral 2008 11:31 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala polisi qarətlə məşğul olan rayon sakinini həbs edib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvar ayında rayonun Çobankol kənd sakini Elçin Şabanovun mənzilini qarət edən Dilgəm Nurullayev aparılan əməliyyat axtarış tədbirləri nəticəsində həbs edilib. Qeyd edək ki, D. Nurullayev bir ay əvvəl Çobankol kənd sakini, E. Şabanovun mənzilinə girərək ev sahibinə zor tətbiq etməklə ondan 400 manat pul alıb. Qarətçi evə basqı edərkən maskada olduğundan onu tanımaq mümkün olmayıb. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb və araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR