Altay vilayətində Azərbaycan vətəndaşını qətlə yetirən skinxedlərə hökm oxunub

Altay vilayətində Azərbaycan vətəndaşını qətlə yetirən skinxedlərə hökm oxunub
# 27 fevral 2008 13:39 (UTC +04:00)
Rusiya APA. Altay vilayətində Andlılar Məhkəməsi iki təqsirləndirilən şəxsi quldurluq və milli nifrət zəminində bir neçə qətl törətmək, milli nifrət və düşmənçiliyi qızışdırmaqda günahkar hesab edib. APA-nın məlumatına görə, ilkin araşdırma və məhkəmə istintaqı zamanı skinxedlərin 2006-cı ilin 15 oktyabrında Ermənistan vətəndaşı Qraçik Baqramyanı, noyabrın 1-də isə Azərbaycan vətəndaşı, 39 yaşlı Ziyadxan Eyvazonu qətlə yetirdiyi təsdiqlənib. Zərərçəkən şəxslər verdikləri ilkin ifadədə bir neçə nəfərin hücumuna məruz qaldıqlarını bildiriblər. Hücum edən skinxedlər hər iki şəxsin başına çəkiclə zərbələr endirib, əl və ayaqlarını sındırıblar. Qraçik Baqramyan və Ziyadxan Eyvazov dərhal xəstəxanaya çatdırılıblar və bir neçə gündən sonra orada keçiniblər. İlkin araşdırma zamanı cinayəti törədən 20 və 23 yaşlı iki nəfər həbs olunub. Onların qeyri-slavyanlara qarşı nifrət ideologiyası yayan qeyri-leqal şovinist təşkilatın üzvü olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə saxlanan skinxedlər müvafiq olaraq 17 və 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR