Tərtər rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb

Tərtər rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb
# 28 fevral 2008 13:35 (UTC +04:00)
Tərtər. Teymur Quliyev-APA. Tərtər rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb. Rayon Polis Şöbəsinin rəis müavini Məhərrəm Hüseynov APA-nın Qarabağ bürosuna bildirib ki, rayon sakinləri 1 ədəd “Kalaşnikov” markalı avtomatı, 1 ədəd ov tüfəngini, 1 ədəd beş açılan, 1 ədəd üçaçılan tüfəngini, 1 ədəd Almaniya istehsalı olan tapançanı, 15 ədəd qumbaranı, 2 ədəd radio-qurğunu, xeyli sayda patronu, pulemyot darağını könüllü olaraq polisə təhvil veriblər. Rəis müavininin sözlərinə görə, aşkarlanan silahların polisə təhvil verilməsi istiqamətində təbliğat-maarifləndirmə işləri aparılır. Aparılan maarifləndirmə işləri nəticəsində ötən il vətəndaşlar tərəfindən 17 ədəd odlu silah, 50 qumbara, 2 ədəd qumbaraatan, minalar, rabitə qurğuları və s. silah-sursat polisə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR