Etibar Məmmədovun ofisində bir qrup sabiq deputatın iştirakı ilə toplantı keçirilib

Etibar Məmmədovun ofisində bir qrup sabiq deputatın iştirakı ilə toplantı keçirilib
# 29 fevral 2008 12:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atmış bir qrup keçmiş deputat bu gün bir araya gələrək ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya lideri Etibar Məmmədovun ofisində keçirilən toplantıda keçmiş deputatlar ölkədəki hazırkı siyasi, sosial və iqtisadi durumun gərgin olduğunu bildirib və bu barədə birgə bəyanatla çıxış etmək qərarına gəliblər. Yaxın günlərdə yayılacaq bəyanatda bir sıra məsələlər, o cümlədən 18 oktyabr - Müstəqillik Gününə dövlət bayramı statusu verilməsini tələbi öz əksini tapacaq. Növbəti toplantılarda Müstəqillik Aktına imza atmış 43 deputatın əksəriyyətinin iştirak etməsi planlaşdırılıb. Görüşdə AMİP lideri Etibar Məmmədov, Müsavat başqanı İsa Qəmbər, başqan müavini Arif Hacılı, AMDP sədri İsgəndər Həmidov, VAMBP sədri Hacıbaba Əzimov, KXCP sədri Mirmahmud Mirəlioğlu, SƏP sədri Mətləb Mütəllimli və digərləri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR