Azərbaycanın Füzuli və Samux rayonlarından silah-sursat tapılıb

Azərbaycanın Füzuli və Samux rayonlarından silah-sursat tapılıb
# 11 mart 2008 12:17 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Samux rayonu ərazisində xeyli silah-sursat tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "TT" markalı tapança, 1 ədəd "Baykal" markalı tapança, 1 ədəd nömrəsiz "Beşaçılan", 1 ədəd nömrəsi silinmiş tüfəng, 2 ədəd isə "TOZ-8" tüfəngi, 1 ədəd ov tüfəngi, 6 ədəd qumbara, 898 ədəd müxtəlif çaplı patron və 3 ədəd patron darağı aşkarlanaraq götürülüb.
Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə Kərimbəyli kəndi ərazisindən 10 ədəd mərmi tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR