Sabunçu sakini intihar edib

Sabunçu sakini intihar edib
# 11 mart 2008 13:13 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Sabunçu qəsəbəsində intihar hadisəsi qeydə alınıb. Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Salyuşev İsrail İdrisoviç yaşadığı evin həyətindəki hamamda özünü asaraq intihar edib. Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, mərhum tüfeyli həyat tərzi keçirib, alkoqolik olub. Mərhumun hadisə baş verən gün də sərxoş olduğu bildirilir. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR