Azərbaycanın Lənkəran rayonunda 18 yaşlı gənc intihar edib

Azərbaycanın Lənkəran rayonunda 18 yaşlı gənc intihar edib
# 13 mart 2008 09:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün səhər saatlarında Lənkəranın Şağlaser kəndində intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, kənd sakini, 1990-cı il təvəllüdlü Asim Rasim oğlu Qurbanov özünü kəndin kənarındakı ağacdan asaraq öldürüb. Kənd sakinlərinin bildirdiyinə görə, valideynləri A. Qurbanovun sevdiyi qızla evlənməsinə razılıq verməyiblər. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR