Maştağada oğul anasını, bacı isə qardaşını bıçaqlayıb

Maştağada oğul anasını, bacı isə qardaşını bıçaqlayıb
# 18 mart 2008 13:53 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həşimov küçəsi, dalan 7 ünvanında yaşayan Mehdi Nəsirov anası Anaxanım Nəsirovu bıçaqlayıb. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Azər Cahangirov bildirib. Anası ilə qardaşının mübahisəsinə A. Nəsirovun qızı Səidə Nəsirova da qoşulub. Mübahisə nəticəsində S. Nəsirova qardaşı M. Nəsirovu bıçaqlayıb. Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına yerləşdirilən hər iki yaralının vəziyyəti ağırdır. Hadisədən sonra S. Nəsirova evdən qaçıb. Bölmə rəisi bildirib ki, S. Nəsirovanın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR