Azərbaycan paytaxtında yük qatarı mikroavtobusla toqquşub

Azərbaycan paytaxtında yük qatarı mikroavtobusla toqquşub
# 01 may 2008 08:10 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün saat 08.00 radələrində Xətai rayonundakı Afyəddin Cəlilov prospektində yük qatarı ilə mikroavtobus toqquşub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, nəticədə mikroavtobusun 6 sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR