Qaradağ sakini intihar edib

Qaradağ sakini intihar edib
# 05 may 2008 08:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Dünən Qaradağ rayonunun Qobustan qəsəbəsində intihar hadisəsi baş verib. Qobustan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, qəsəbə sakini 24 yaşlı Şəfayət Nəbiyev yaşadığı binanın yaxınlığında özünü asaraq öldürüb. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR