Latviyada qəzaya uğramış “Mona Lisa” gəmisinin sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur
05 may 2008 14:10 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Latviya sahillərində saya oturmuş “Mona Lisa” gəmisinin sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-ya Latviya Sahil Xilasetmə Xidmətinin mətbuat mərkəzindən məlumat verilib. Qeyd edək ki, “Mona Lisa” gəmisi İrben boğazında, sahildən 18 kilometr məsafədə saya oturub. Gəmidə 984 nəfər var, onlardan 327 nəfəri gəmi heyətidir. “Mona Lisa” Yunanıstanın gəmi şirkətinə məxsus olsa da, açıq dənizdə Baham adaları bayrağı altında üzür. Hazırda saya oturmuş gəmidən sərnişinlərin evakuasiyasına başlanılıb.