Azərbaycanın Siyəzən rayonunda baş verən partlayış nəticəsində iki Gürcüstan vətəndaşı yaralanıb

Azərbaycanın Siyəzən rayonunda baş verən partlayış nəticəsində iki Gürcüstan vətəndaşı yaralanıb
# 08 may 2008 10:27 (UTC +04:00)
Siyəzən. Məhbubə Qasımbəyli-APA. Siyəzən rayonundakı “Qafqaz” otelinə məxsus kotteclərdən birində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində dağıntı olmayıb, kottecin yanar konstruksiyaları və oradakı əşyalar 16 kvm. sahədə yanıb, “Akkord” MMC-nin mütəxəssisləri, Gürcüstan vətəndaşları Vasili Salkinoşvili və Minabdi İrakli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR