Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən üç nəfər yaxalanıb

Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən üç nəfər yaxalanıb
# 08 may 2008 13:12 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zabrat sakini, 38 yaşlı Əkbər Nəbiyevə qarşı quldurluq edən Maştağa sakini, 24 yaşlı Ceyhun Məmmədov, Zabrat qəsəbəsinin sakinləri - 51 yaşlı Nikolay Upriyev və 32 yaşlı İlona Dubovidskaya yaxalanıblar. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən APA-ya verilən məlumata görə, saxlanılan şəxslər mayın 4-dən 5-nə keçən gecə saat 23:00 radələrində Ə. Nəbiyevin taksi kimi idarə etdiyi “VAZ-2106” markalı, Az 10 XZ 576 nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşərək bıçaqla sürücüyə hədə-qorxu gəliblər və onun 100 manat pulunu alaraq qaçıblar. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR